×
A
A
A
Sazlamalar

Komitə sədri: “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil ediləcək

Bakı, 11 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil olunacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, yeni salınan qəbiristanlıqlarda, o cümlədən dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq.
Mübariz Qurbanlı qeyd edib ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.
Maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Bu vəsait hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir. Məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidirlər. Bu, dünyanın hər yerində belədir.

Din 2019-01-11 15:38:00