×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Xudat şəhəri 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin müəllim və şagird heyətinə fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.
Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında 112 – “qaynar xətti”nin roluna dair məruzələr edilib.
Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Sosial 2019-01-10 16:58:00