×
A
A
A
Sazlamalar

Bakıda "İxracın təşviqi" mövzusunda təlim keçiriləcək

Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 17-də Bakıda "İxracın təşviqi" mövzusunda təlim təşkil olunacaq.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a verilən məlumata görə, təlim biznes nümayəndələri üçün nəzərdə tutulub.
Konfederasiyanın dəstəyi, Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü ilə keçiriləcək təlimdə iştirak üçün son qeydiyyat tarixi yanvarın 16-sıdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Biznes 2019-01-09 20:28:00