×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı, 8 yanvar, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Hacıqabulda vətəndaşları qəbul edəcək.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 17-də saat 10:00-da Hacıqabul rayonunda Şirvan, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Neftçala şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 15-dək Xidmətin adları qeyd olunan şəhər və rayonlardakı şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Sosial 2019-01-08 19:44:00