Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda daha bir videoçarx hazırlayıb VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir vətənpərvərlik çarxı hazırlayıb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi işinin mükəmməl təşkili məqsədilə hazırlanmış videoçarxda qulluğundan, vəzifəsindən asılı olmayaraq, hər kəsin Vətənin müdafiəsinə hər an hazır olması qısa, lakin mənalı şəkildə ictimaiyyətə təqdim edilib.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb