×
A
A
A
Sazlamalar

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Batumidə qeyd olunub

Tbilisi, 28 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Gürcüstanın Batumi şəhərində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunun dəstəyi ilə M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilib.
Mərasimdə baş konsulluğun əməkdaşları, Acarıstan Muxtar Respublikası Hökumətinin rəsmiləri, SOCAR-Kulevi Qara dəniz terminalının rəhbərliyi və əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti iştirakçıların diqqətinə çatdırılıb, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının milli birliyimizin möhkəmləndirilməsindəki əhəmiyyətindən danışılıb.
Tədbir ziyafətlə davam edib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2018-12-28 13:04:00