×
A
A
A
Sazlamalar

Vəkillər Kollegiyası ASAN könüllüləri üçün hüquqi təlimlər təşkil edir

Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış memorandum çərçivəsində növbəti layihəyə start verilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli ASAN könüllülərinə ilkin hüquqi təlimlər silsiləsindən “Vəkillik - hüquqların peşəkar müdafiəsinin real təcrübədə tətbiqi” mövzusunda təlim keçib.
ASAN Könüllülük Məktəbinin təhsil və fərdi inkişaf proqramı çərçivəsində bu cür hüquqi mövzularda növbəti silsilə təlimlər davam etdiriləcək.

Sosial 2018-12-28 01:13:00