×
A
A
A
Sazlamalar

On ayda 1351,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib

Bakı, 17 dekabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Azərbaycandan 1351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.
On ayda 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,6 faiz, kartof 15,5 faiz, bitki yağları 2,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,0 dəfə, meyvə və tərəvəz konservləri 10,2 faiz, polietilen 21,9 faiz, emal olunmamış alüminium 16,8 faiz, pambıq lifi 2,2 dəfə, qara metallardan borular 5,1 faiz, pambıq ipliyi 28,0 faiz artıb, təzə tərəvəz ixracı isə 3,8 faiz, şəkər 32,2 faiz, tütün 14,8 faiz, meyvə və tərəvəz şirələri 13,0 faiz, çay 23,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 8,7 faiz, qara metallardan yarımfabrikatlar 61,1 faiz, bentonit gili 10,4 faiz azalıb.
Eyni zamanda, təzə meyvə idxalı 49,5 faiz, çay 0,4 faiz, quş əti və onun əlavə məhsulları 22,7 faiz, qara metallardan borular 1,9 dəfə, minik avtomobilləri 2,4 dəfə, qara metallardan çubuqlar 30,4 faiz, mineral gübrələr 59,7 faiz, mebellər 28,1 faiz, hesablama maşınları, blok və qurğuları 14,0 faiz, polietilen 31,5 faiz, məişət kondisionerləri 36,9 faiz, yük avtomobilləri 2,2 dəfə, paltaryuyan maşınlar 11,0 faiz, sement və sement klinkerləri 51,2 faiz, avtobuslar 20,9 faiz, məişət soyuducuları 1,9 dəfə artıb, buğda idxalı isə 0,4 faiz, siqaret 3,3 faiz, bitki yağları 0,7 faiz, xam şəkər və şəkər 40,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 19,6 faiz, kartof 17,0 faiz, mal əti 10,2 faiz, təzə tərəvəz 45,1 faiz, polad prokatı 10,3 faiz, rezin şinlər 6,0 faiz, qara metallardan künclüklər 2,9 faiz azalıb.

Biznes 2018-12-17 12:17:00