×
A
A
A
Sazlamalar

Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.
ASK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfederasiyanın Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – qurultay keçirilir.
Tədbirdə konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, qurumun üzvləri tərəfindən səsvermə yolu ilə növbəti müddətə idarəetmə orqanları formalaşdırılacaq, eləcə də təşkilatın fəaliyyətinin əsas istiqamətləri və məqsədləri müəyyən ediləcək.

Biznes 2018-12-15 11:51:00