×
A
A
A
Sazlamalar

Türkiyədə altı əsgəri ildırım vurub

Ankara, 13 dekabr, AZƏRTAC 

Türkiyə Silahlı Qüvvələrinin ölkənin Hakkari bölgəsində yerləşən hərbi bölüklərinə ildırım düşüb.
AZƏRTAC xəbər verir ki, son iki gündə davam edən buludlu və şimşəkli hava şəraiti nəticəsində Cukurca rayonunda yerləşən üç hərbi bölükdə altı əsgəri ildırım vurub.
Əsgərlərin xəstəxanalara çatdırıldığı bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-12-13 18:00:00