×
A
A
A
Sazlamalar

2019-cu ildə qlobal neft tələbatı sutkada 100,6 milyon barrelə çatacaq

Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC
Gələn il qlobal neft tələbatının gündəlik 100 milyon 600 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, cari ildə qlobal neft tələbatı sutkalıq orta hesabla 99 milyon 200 min barrel təşkil edəcək.
EIA-ya görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 600 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.

 

Neft - qaz 2018-12-13 15:13:00