×
A
A
A
Sazlamalar

Ukraynada qarlı hava şəraiti ciddi problemlər yaradıb

Kiyev, 13 dekabr, AZƏRTAC

Ukraynada dekabrın 12-dən başlayan qeyri-sabit, qarlı hava şəraiti nəticəsində ölkənin 200-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, təkcə Kiyev vilayətinin 40 yaşayış məntəqəsi işıqsız qalıb.
“Ukravtodora”nın yaydığı məlumata görə, Ukrayna yollarında nəqliyyatın hərəkətinə problem yaranmaması üçün 2 minə yaxın insan, 1700 texnika müvafiq işlərə cəlb olunub. Qeyri-sabit hava şəraiti nəticəsində ölkənin qərb hissəsində bəzi sərnişin qatarlarında gecikmələr yaranıb.
Sinoptiklər qarlı və şaxtalı hava şəraitinin həftənin sonuna qədər davam edəcəyini bildirirlər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2018-12-13 12:25:00