İranda polis tərəfindən 1,5 ton narkotik vasitə müsadirə edilib
Tehran, 12 dekabr AZƏRTAC
İranın Simnan və Tehran şəhərlərinin polis idarələrinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində 1,5 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC Simnan polis idarəsinin rəisi general Ruhul Əminiyə istinadən xəbər verir ki, narkotik vasitələrin qaçaqmalçıları Simnandan Tehrana kimi izlənilib. Rəis diqqətə çatdırıb ki, Əfqanistandan böyük həcmdə narkotik vasitənin İrana daxil olacağı barədə operativ məlumat daxil olmuşdu. Polis qaçaqmalçıları izləmək qərarına gəlib və narkotikin Tehrana daşındığını müəyyənləşdirib. Sonra Tehran polisinə xəbər verilib. Birgə keçirilən əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı və satişi ilə məşğul olan iki dəstə müəyyən edilib. Dəstə üzvləri həbs olunub və 1,5 ton narkotik vasitə müsadirə edilib.
Xatırladaq ki, son dövrlər İranın hüquq-mühafizə orqanları narkotik qaçaqmalçılığına qarşı mübarizəni daha da gücləndiriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır