×
A
A
A
Sazlamalar

Braziliyadakı kilsədə baş vermiş atışma nəticəsində 5 nəfər ölüb

Bakı, 12 dekabr, AZƏRTAC

Braziliyanın San-Paulo şəhərindən 100 kilometr aralıda yerləşən Kampinas qəsəbəsindəki katolik kilsəsinə silahlı hücum nəticəsində 5 nəfərin öldüyü və 7 nəfərin yaralandığı bildirilir. Polis məlumat verib ki, terror aktını törədən şəxs kilsənin mehrabı önündə intihar edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şəhər polis departamentinin məlumatında terror aktının kilsədə keçirilən gündüz ibadəti zamanı törədildiyi qeyd olunub. Revolver və tapança ilə silahlanmış terrorçu burada toplaşmış insanlara atəş açıb və polislə atışmaya girib. Hadisənin törədilməsi səbəbləri polisə məlum deyil.
San-Paulo meri Adriano Auqusto jurnalistlərə bildirib ki, silahlı şəxs kilsədə ibadətin başa çatmasını gözləyib və bundan sonra atəş açmağa başlayıb. Onun sözlərinə görə, kilsənin fəaliyyəti istintaqın sonunadək dayandırılıb.

Dünya 2018-12-12 11:34:00