×
A
A
A
Sazlamalar

Fransa DİN: Strasburqda atışma nəticəsində 3 nəfər ölüb

Strasburq, 12 dekabr, AZƏRTAC
Strasburqda atışma nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Kristof Kastane məlumat verib.
Nazir yaralılardan 6-nın vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Dünya 2018-12-12 07:25:00