×
A
A
A
Sazlamalar

ABŞ-ın Ohayo ştatında yanğın zamanı 5 uşaq ölüb

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ-ın Ohayo ştatında, Pensilvaniya ilə sərhədin yaxınlığındakı Yanqstaun şəhərində baş verən yanğın zamanı 5 uşaq həlak olub. Bu barədə ştatın hüquq-mühafizə orqanları xəbər veriblər.
AZƏRTAC xəbər verir ki, Yanqstaun şəhər şurasının üzvü Anita Devisin məlumatına görə, uşaqlar 1-9 yaş arası olublar. Həmçinin bildirilir ki, həlak olan körpələrin analarını xilas etmək mümkün olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2018-12-11 12:04:00