×
A
A
A
Sazlamalar

Şinzo Abe əcnəbi işçilərin sayının artırılması üçün bütün hazırlıqların görüləcəyini vəd edib

Tokio, 11 dekabr, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe əcnəbi işçilərin sayının artırılması üçün bütün hazırlıqların görüləcəyini vəd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Baş nazir dekabrın 10-da, parlamentin fövqəladə sessiyası işini başa vurduqdan sonra keçirilən mətbuat konfransında çıxış edib. Xatırladaq ki, parlamentdə kəskin mübahisələrə səbəb olan İmmiqrasiya Nəzarəti Barədə Qanuna dəyişikliklər ötən həftə qəbul edilib. Yeni qanun əcnəbi işçilər üçün iki yeni kateqoriyanın tətbiqini nəzərdə tutur.
Ş.Abe qeyd edib ki, Yaponiyanın çoxlu sayda əcnəbi işçiyə ehtiyacı var və bunu aradan qaldırmaq üçün yeni proqram hazırlanmalıdır. Baş nazir vəd edib ki, qısa müddət ərzində müvafiq struktur yaradılacaq və o, əcnəbi işçilərin say məhdudiyyətini dəqiqləşdirərək, onların ölkədə qalma müddətini də müəyyənləşdirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-11 11:45:00