×
A
A
A
Sazlamalar

Beynəlxalq Mineraloji Assosiasiya Tacikistanda tapılan iki yeni mineralı dünya siyahısına daxil edib

Düşənbə, 11 dekabr, AZƏRTAC

Beynəlxalq Mineralogiya Assosiasiyası Tacikistanda tapılan iki yeni mineralı - “Badaxşanit” və “Falqarit”i qeydə alıb və mineralların dünya siyahısına daxil edib.
AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, minerallar tacik və rus geoloqları tərəfindən Dağ-Bədəxşanda və Zərəfşan vadisində tapılıb. Keçmiş SSRİ dövründə də Tacikistanda heç yanda olmayan onlarca mineral aşkar edilib. Tacik alimləri tərəfindən tapılan “Tadjikit”, “Qarmit”, “Daraipiezit” çox qiymətli və nadir minerallardan sayılır. Ümumiyyətlə, Tacikistan ərazisində 30 mineral tapılıb.
İndiyədək dünyada tapılan mineralların sayı isə 5300-dür və hər il yeni-yeni minerallar aşkar olunur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Dünya 2018-12-11 03:09:00