Rumıniya hökuməti Moldovaya Milad bayramı ilə əlaqədar böyük şam ağacı hədiyyə edib
Buxarest, 11 dekabr, AZƏRTAC
Rumıniya hökuməti tərəfindən Moldovaya hədiyyə olunan böyük şam ağacı Milad bayramı ilə əlaqədar mərkəzi meydanda qurulması üçün paytaxt Kişineuya gətirilib.
AZƏRTAC xəbər verir ki, şam ağacını musiqi sədaları altında mərkəzi küçələrdən keçiriblər. Mərasimdə ölkənin Baş naziri Pavel Filip şəxsən iştirak edib. Mədəniyyət və araşdırma naziri Monika Babuk Baş nazirə ağacın Rumıniya tərəfindən hədiyyə olması ilə əlaqədar sertifikatı təqdim edib.
Artıq ikinci ildir ki, Rumıniya Moldovaya Milad bayramı ərəfəsində qardaşlıq rəmzi olaraq böyük şam ağacı göndərir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır