×
A
A
A
Sazlamalar

Honkonqda məktəbli avtobusunun törətdiyi qəzada ölən və yaralananlar var

Pekin, 10 dekabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati rayonunda məktəb avtobusunun mağazaya çırpılması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, avtobusu orta məktəbin qabağında saxlayan sürücü bir qədər uzaqlaşandan sonra avtobus hərəkətə başlayaraq yolun əks tərəfindəki mağazaya çırpılıb. Sürücü avtobusun dalınca qaçaraq, onu saxlamağa cəhd etsə də, nəticə olmur. Yerli vaxtla 14:00 radələrində baş verən qəzada mağaza qarşısındakı 3 piyada ölüb. Yaralıların hamısı piyadalar olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-12-10 16:30:00