×
A
A
A
Sazlamalar

Avstraliyada 102 yaşlı qadın paraşütlə tullanıb

Tokio, 10 dekabr, AZƏRTAC

Avstraliya sakini 102 yaşlı İren О’Şia paraşütlə tullanıb. Bununla da o, dünyanın ən yaşlı paraşütlə tullanan qadını rekorduna imza atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 10-da “Dailly Mail” nəşri məlumat yayıb. Yerə endikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirib.
Məlumatda qeyd edilir ki, Lenqhorn-Krikdən tullanış İ.О’Şianın sayca üçüncü cəhdidir. İlk dəfə onun 2016-cı ildə, 100 yaşı tamam olarkən 4 min metr yüksəklikdən tullandığı bildirilir.
Qadının sözlərinə görə, onun bu cəsarətli hərəkətinin məqsədi motoneyron xəstəliyinin tədqiqi ilə bağlı vəsaitin toplanmasıdır. Məsələ burasındadır ki, əsəb sisteminin neyronlarını sıradan çıxaran həmin xəstəlik nəticəsində İ.О’Şianın qızı 67 yaşında dünyasını dəyişib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-10 15:39:00