×
A
A
A
Sazlamalar

Tehranda Xəzər dənizində gəmiçiliyin təhlükəsizliyi məsələsi müzakirə ediləcək

Tehran, 10 dekabr AZƏRTAC

İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirakı ilə dekabrın 20-də Tehranda Xəzər dənizində gəmiçiliyin təhlükəsizliyi məsələsi müzakirə ediləcək.
İranın Dəniz və Limanlar Təşkilatının sədr müavini Hadi Haqşenas AZƏRTAC–a bildirib ki, iclasda yükdaşımaların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, su sərhədinin nəzarətdə saxlanılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ekoloji problemlər də müzakirə ediləcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2018-12-10 15:44:00