×
A
A
A
Sazlamalar

Şimali və Cənubi Koreya meşə təsərrüfatı sahəsində əməkdaşlığı davam etdirir

Bakı, 10 dekabr, AZƏRTAC

Şimali və Cənubi Koreya meşə təsərrüfatı sahəsində əməkdaşlığı davam etdirirlər. Cənubi Koreyadan olan nümayəndə heyəti bu məqsədlə dekabrın 11-də Pxenyana gedəcək.
AZƏRTAC xəbər verir ki, üç günlük səfər zamanı tərəflər meşə təsərrüfatı sahəsindəki xəstəlik və zərərvericilərə qarşı birgə mübarizə məsələlərini müzakirə edəcəklər. Nümayəndə heyəti tingçilik müəssisələrinə də baş çəkərək, Şimali koreyalı həmkarlarının təcrübəsini öyrənəcəklər.
Qeyd edək ki, avqustda iki ölkənin mütəxəssisləri Şimali Koreyadakı Kumqanq dağında təbii fəlakətin ağaclara vurduğu zərərin birgə öyrənilməsini həyata keçiriblər. Oktyabrda baş tutan danışıqlarda isə KXDR-də 10 tingçilik müəssisəsinin modernləşdirilməsinə dair razılıq əldə olunmuşdu.

Dünya 2018-12-10 08:14:00