Vyanada Aİ-Afrika Forumu keçiriləcək
Vyana, 9 dekabr, AZƏRTAC
Dekabrın 17-18-də Vyanada Avropa İttifaqı-Afrika Forumu keçiriləcək. Yüksək səviyyəli forum hazırda Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Avstriyanın federal kansleri Sebastian Kurtsun və Afrika İttifaqının hazırkı sədri, Ruandanın Prezidenti Paul Kaqamenin birgə təşəbbüsü əsasında təşkil olunacaq.
Ötən həftə Şərqi Afrika ölkələrinə (Ruanda və Efiopiya) səfər edən Avstriyanın federal kansleri Sebastian Kurts səfərin nəticələrini mətbuata şərh edərkən bildirib ki, Avropa öz qonşuluğunda yerləşən Afrikaya görə özünü cavabdeh hesab edir və bu qitədə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan yararlanmalıdır.
“Əməkdaşlığı rəqəmsal dövrdə davam etdirək” devizi altında keçiriləcək forumda Avropa və Afrika ölkələrinin dövlət və hökumət başçılarının, Aİ komissarlarının, həmçinin mindən artıq şirkətin təmsilçilərinin iştirakı gözlənilir. Rəqəmsal texnologiya və innovasiyaların gələcək inkişaf naminə bütün iştirakçılar üçün əlçatar olması forumda diqqət mərkəzində olacaq. Eyni zamanda, hər iki qitədə bu sahədə rəqabətliliyi artırmaq və bu istiqamətdə əməkdaşlığı yeni mərhələyə keçirmək müzakirə ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır