×
A
A
A
Sazlamalar

Özbəkistan Nazirlər Kabinetində islahatlar aparılacaq

Daşkənd, 9 dekabr, AZƏRTAC
Özbəkistan Nazirlər Kabinetində islahatlar aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkə Konstitusiyasının 26-cı ildönümü münasibətilə keçirilən yığıncaqdakı məruzəsində bildirib.
Dövlət başçısı deyib ki, artıq Nazirlər Kabinetinin tərkibində köklü dəyişikliklər aparmağın zamanı çatıb. Belə ki, Nazirlər Kabineti sözün əsl mənasında ali icra hakimiyyəti orqanına çevrilməlidir. Heç bir ölkədə dərin sosial-iqtisadi islahatlar asan və qısa müddətdə aparılmayıb.
“Qanunvericilik aktlarında qəbul edilən 13 min məsələnin 20 faizi təyin olunan müddətdə yerinə yetirilməyib. Bu da onu göstərir ki, Nazirlər Kabineti, dövlət orqanlarının, təsərrüfat idarələrinin, yerlərdəki icra hakimiyyətlərinin rəhbərləri qarşıya qoyulan vəzifələrə məsuliyyətsiz yanaşıblar”, - deyə Özbəkistan Prezidenti bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2018-12-09 21:45:00