Kataloniyada “sarı jiletlər” aksiyası hazırlanır
Madrid, 8 dekabr, AZƏRTAC
Fransada baş verən “sarı jiletlər” üsyanından nümunə götürən Kataloniya separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.
AZƏRTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, sol təmayüllü “La Forja-Jovent Revolucionari” gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir. Onlar bəyan ediblər ki, hökumət üzvlərinin Barselonaya səfəri müddətində keçiriləcək aksiyanı əlaqələndirmək üçün müxtəlif təşkilatlarla danışıqlar aparıblar. Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.
Təşkilatçılar tərəfindən “Telegram” sosial şəbəkəsində etiraz aksiyasında iştirak etmək istəyən və Kataloniyada həyatı tamamilə iflic etmək niyyətində olan vətəndaş qruplarının kanalları yaradılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır