×
A
A
A
Sazlamalar

Xristian-Demokrat İttifaqının yeni baş katibi seçilib

Bakı, 8 dekabr, AZƏRTAC

Xristian Demokratik İttifaqının (XDİ) “Junge Union” gənclər təşkilatının rəhbəri Paul Ziemiak partiyanın baş katibi postunda Anneqret Kramp-Karrenbauerin xələfi olub.
AZƏRTAC xəbər verir ki, “Zeit” nəşrinin yaydığı məlumata görə, Ziemiak XDİ-nin Hamburqda keçirilən qurultayın gedişində partiyanın baş katibi seçilib. Onun bu posta namizədliyini dekabrın 8-də Almaniya kansleri Angela Merkelin əvəzinə partiyanın sədri seçilən Kramp-Karrenbauer şəxsən irəli sürüb.
Xatırladaq ki, 2005-ci ildən Almaniya hökumətinə rəhbərlik edən Angela Merkel bir müddət əvvəl bildirmişdi ki, partiyanın Hamburqda keçiriləcək qurultayında XDİ sədri postuna namizədliyini irəli sürməyəcək, həmçinin 2021-ci ildə kansler seçkilərində iştirak etməyəcək.

Dünya 2018-12-08 17:58:00