×
A
A
A
Sazlamalar

İtaliyada konsert zamanı yaranmış basırıq azı 6 nəfərin ölümü ilə nəticələnib VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

İtaliyanın Ankona şəhəri yaxınlığında konsert zamanı baş verən basırıq nəticəsində azı 6 nəfər həlak olub, 60-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Korinaldo şəhərində keçirilən rok-konserti zamanı naməlum şəxsin havaya bibər qazı buraxması tamaşaçılar arasında çaxnaşma yaradıb.
Həkimlər 12 yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Dünya 2018-12-08 11:53:00

Video