×
A
A
A
Sazlamalar

Anneqret Kramp-Karrenbauer XDİ-nin yeni sədri seçilib

Berlin, 8 dekabr, AZƏRTAC

Dekabrın 7-də Hamburqda keçirilən Xristian-Demokrat İttifaqının (XDİ) qurultayında partiyanın yeni sədri seçilib.
AZƏRTAC xəbər verir ki, qurultayda səsvermənin ikinci turunun nəticələrinə görə, XDİ-nin sədri vəzifəsinə Anneqret Kramp-Karrenbauer seçilib. Beləliklə, 999 nümayəndədən 517-si Angela Merkelin xələfinə səs verib. Daha bir namizəd – Fridrix Merts 482 səs toplayıb.
Xatırladaq ki, Angela Merkel bu qurultayda sədrlik postuna namizədliyini irəli sürməyib. O, səlahiyyət müddətinin sonunadək - 2021-ci ilə qədər AFR-in kansleri olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2018-12-08 10:42:00