×
A
A
A
Sazlamalar

Türkiyədə çox sayda insan tələfatına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib

Ankara, 8 dekabr, AZƏRTAC 

Türkiyənin Diyarbəkir-Mardin yolunun Çınar rayonundan keçən hissəsində çox sayda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Diyarbəkir Böyükşəhər bələdiyyəsinə məxsus, şəhərdaxili marşrutda hərəkət edən sərnişin avtobusu arxadan ağır tonnajlı yük maşınına çırpılıb. İlkin məlumata görə, avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada 4 nəfər həlak olub, 5-i ağır olmaqla 25 nəfər yaralanıb. Qəzaya səbəb kimi havanın yağışlı və dumanlı olması göstərilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-12-07 23:01:00