×
A
A
A
Sazlamalar

Bakıda isveçli rəssamın əsərləri sərgilənəcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 6-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq.
Dekabrın 8-dək ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

İncəsənət 2018-12-03 13:51:00