×
A
A
A
Sazlamalar

Paytaxtın kimya sənayesində məhsul buraxılışı azalıb

Bakı, 30 noyabr, AZƏRTAC

Bu ilin on ayında Bakının kimya sənayesində məhsul buraxılışı azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 241,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 17,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 8,8 faiz azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 36,6 faiz artıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 66,6 faiz, oksigen istehsalı 55,1 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb, polietilen kisə və çantaların istehsalı 1,6 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 66,5 faiz azalıb.

Sənaye 2018-11-30 17:59:00