×
A
A
A
Sazlamalar

Doqquz ayda Azərbaycanın Özbəkistana ixracı 3 dəfə artıb

Bakı, 26 noyabr, AZƏRTAC
Bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı isə 3 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dan çox şirkət fəaliyyət göstərir.

Biznes 2018-11-26 10:26:00