×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq

Bakı, 22 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 milyon avro məbləğində yardım ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib.
K.Jankauskas deyib: "Avropa İttifaqının Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyədək KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin agentliyə 1 milyon avro yardım göstərəcəyik”.

Biznes 2018-11-22 12:30:00