×
A
A
A
Sazlamalar

Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib

Bakı, 19 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında sənaye məhsullarının 22,0 faizi emal sektorunda istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 48,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,6 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 21,0 faiz, kağız və karton istehsalı isə 6,8 faiz artıb.

Sənaye 2018-11-19 01:17:00