×
A
A
A
Sazlamalar

Parisdə 13 noyabr terror aktı qurbanlarının xatirəsi anılıb

Paris, 13 noyabr, AZƏRTAC 

Parisdə 13 noyabr terror aktı qurbanlarının xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, “Stade de France” stadionunda keçirilən anma mərasimində hökumət nümayəndələri, terror aktı qurbanlarının ailə üzvləri və yaxınları iştirak ediblər.
Həlak olanların xatirə lövhəsi önünə əklil qoyulduqdan sonra, iştirakçılar qanlı terror aktı baş vermiş “Bataklan” konsert zalının qarşısına toplaşıblar. Burada terror aktları qurbanlarının adları səsləndirilib və xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 13–də Parisdə baş vermiş terror aktlarında 130 nəfər həlak olmuşdu.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2018-11-13 14:07:00