×
A
A
A
Sazlamalar

"Banklar və Biznes" qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb

Bakı, 12 noyabr, AZƏRTAC
"Banklar və Biznes" qəzetinin (BBN.az) elan etdiyi tələbələrarası məqalə müsabiqəsində məqalələrin qəbul müddəti noyabrın 19-dək uzadılıb.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.
"Məsuliyyətli borclanma" mövzusunda keçirilən müsabiqədə 1-ci yerin qalibi 500 manatlıq hədiyyə kuponu, 2-ci yeri tutan 300 manatlıq hədiyyə kuponu, 3-cü yeri tutan 200 manatlıq hədiyyə kuponu, növbəti 5 yerdə qərarlaşanlar həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.
Məqalələr noyabrın 19-dək məktubun mövzusunda "MÜSABİQƏ" qeyd etməklə[email protected] elektron ünvanına göndərilməlidir.

Maliyyə 2018-11-12 16:07:00