×
A
A
A
Sazlamalar

"Moskovski" şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 6 noyabr, AZƏRTAC
Rusiyanın "Moskovski" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, şirkət sahibkarlara əməkdaşlıq etməkdə maraqlı olduğu layihə təkliflərini təqdim edib. ASC meyvə şirələrinin qablaşdırılması, şərab məhsullarının, konservləşdirilmiş məhsulların, yüksəkkeyfiyyətli quru meyvələrin, mineral suların istehsalı ilə bağlı zavodun yaradılması və quşçuluq təsərrüfatının yaradılması istiqamətində sahibkarlarla əməkdaşlıq etmək niyyətindədir.

Biznes 2018-11-06 13:52:00