×
A
A
A
Sazlamalar

® "Səba" bu il əkinçilikdə öz rekordunu qırıb

"Səba" şirkəti 2018-ci ilin əkinçilikdə yüksək məhsuldarlıq ili olduğu barədə məlumat yayıb.
Ölkənin ən iri qarğıdalı və soya istehsalçısı əkinçiliyə başladığı vaxtdan indiyədək ən yüksək məhsuldarlığa bu il nail olub.
2018-ci il noyabrın 1-nə kimi "Səba" Beyləqan, Ağcabədi, Füzuli, Ağsu, Kürdəmir rayonlarında əkin apardığı sahələrdən 20 min tondan artıq dən qarğıdalı, 6 min tondan artıq soya yığıb. Əldə edilən 3 min tona yaxın buğdanın yarısı toxumluqdur. Soya və dən qarğıdalı yığımı davam edir. Silos qarğıdalı biçiminə isə yenicə başlanılıb. Şirkətdən verilən məlumata görə, 6 min tondan yuxarı silos qarğıdalının yığılacağı gözlənilir.
Bundan başqa, "Səba" 11 min tondan artıq çuğundur toplayıb.
"Səba" şirkəti bu il, ilk dəfə olaraq öz sahələrindən yığdığı qarabaşağı kütləvi satışa çıxarmaq niyyətindədir.
Qeyd edək ki, "Səba" 2011-ci ildən əkinçiliklə məşğul olur. "Səba" brendi altında yetişdirilən quşların yemini daxili istehsal vasitəsilə təmin etmək məqsədilə qarğıdalı əkininə başlamış şirkət daha sonra Azərbaycanda ilk dəfə geniş sahədə soya becərib.
"Səba"nın əkin sahələrindən yığdığı qarğıdalı və soya bu brendin quşlarının əsas yemidir.
“Səba” quşlarının peyinindən alınan üzvi gübrə, müasir suvarma sistemləri və düzgün aqrotexniki qulluq sayəsində becərilən sağlam məhsul quş və heyvan yemi üçün vacib olan zülalla zəngindir. Buna görə də "Səba" həm də yem istehsalçısı kimi heyvandarlar arasında yüksək nüfuza malikdir.

Biznes 2018-11-01 15:07:00