×
A
A
A
Sazlamalar

® Ən çox təmassız POS-terminalı olan bank - AtaBank!

2018-ci il oktyabrın 16-da Bakı şəhərində yerləşən "Four Seasons" otelində "MasterCard" beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilib.
2018-ci ilin nəticələrinə görə "AtaBank" ASC "Təmassız POS-terminal sayı ən yüksək olan bank" nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib.
"MasterCard" beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri "AtaBank" ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu edib.
Nominasiya ilə bağlı "AtaBank" ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, keçən il olduğu kimi bankımız cari ildə də bu nominasiya üzrə birinciliyi qoruyub saxlamağı bacarıb. "AtaBank" olaraq gələcəkdə də bu istiqamətdə daha böyük uğurlara imza atmağa çalışacağıq. "AtaBank" əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Maliyyə 2018-10-16 18:05:00