×
A
A
A
Sazlamalar

Azərbaycan və Estoniyanın iş adamları arasında ixrac məsələləri müzakirə edilib

Bakı, 6 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan-Estoniya işgüzar görüşündə hər iki ölkənin iş adamları ixrac məsələlərini müzakirə ediblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, işgüzar görüşdə hər iki tərəfdən İKT, sənaye, meşə təsərrüfatı, səhiyyə, turizm, tikinti və mühəndislik, təhsil, konsaltinq, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 70-dən artıq şirkətin nümayəndəsi iştirak edib.

Biznes 2018-10-06 11:07:00