×
A
A
A
Sazlamalar

Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 25 sentyabr, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Azərbaycan-Yunanıstan və Azərbaycan-Qana əlaqələrinin mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.

Siyasət 2018-09-25 10:51:00