×
A
A
A
Sazlamalar

Roma Papası Latviyada səfərdədir

Riqa, 25 sentyabr, AZƏRTAC

Roma Papası Fransisk Baltikyanı ölkələrə səfəri çərçivəsində Latviyaya gəlib.
Prezident Raymond Veyonis və digər hökumət rəsmiləri ilə görüşən Fransisk daha sonra Riqanın mərkəzində yerləşən “Azadlıq abidəsi”ni ziyarət edib. Bu ziyarətdə onu ölkə başçısı müşayiət edib.
Roma Papası Riqada əhali üçün açıq ayin mərasimi də keçirib. O, latış xalqını xristian inancının ənənələrinə sadiq qalmağa çağırıb.
Səfərinin sonunda Papa Fransisk Estoniyaya gedəcək.

 

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2018-09-25 02:32:00