×
A
A
A
Sazlamalar

Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq

Astana, 25 sentyabr, AZƏRTAC

Astanada Mərkəzi Asiya üzrə ilk turizm və qonaqpərvərlik beynəlxalq universiteti açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı deyib. O bildirib ki, məzunlar dünya səviyyəsində tanınacaq diplomla təmin olunacaqlar.
Qazaxıstan turizm sahəsinin genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində müvafiq tədbirlər həyata keçirməkdədir.
Nazirin sözlərinə görə, ölkədə 2023-cü ilə qədər turizm obyektlərinin infrastruktur inkişafı üzrə layihələrin həyata keçiriləcəyi nəzərdə tutulub. Onların reallaşdırılması üçün təxminən 1,5 trilyon təngə lazımdır.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2018-09-25 00:15:00