×
A
A
A
Sazlamalar

İntensiv yağışlardan sonra Astaranın Miki kəndində torpaq sürüşməsi baş verib

Astara, 24 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsinə üç gün yağan intensiv yağışlar Astara rayonunun dağlıq ərazisində yerləşən Miki kəndində torpaq sürüşməsinə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi nəticəsində torpaq qatı bəzi yerlərdə 2 metrə qədər çöküb. Kənd sakini Meybulla Xalıqovun yaşadığı ikimərtəbəli fərdi yaşayış evi üçün təhlükə yaranıb, onun əkin sahəsinə və meyvə bağlarına ziyan dəyib.
Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Əraziyə baxış keçirilib və müvafiq akt tərtib edilib.

Regionlar 2018-09-24 17:23:00