Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.
Sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib.
Tədbirdə iş adamlarının çıxışları dinlənib, şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub