×
A
A
A
Sazlamalar

DSX-nin Sahil Mühafizəsi dənizdə batmaq təhlükəsi ilə üzləşmiş dörd nəfəri xilas edib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 21-də saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərrikində yaranmış nasazlıq səbəbindən dörd nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.
Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan “Şahdağ” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndərilib və saat 13:00 radələrində Çilov adasından üç mil məsafədə üzmə vasitəsi aşkarlanıb.
Üzmə vasitəsində olan heyət üzvləri – Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.

Sosial 2018-09-24 12:15:00