×
A
A
A
Sazlamalar

Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb

Kiyev, 20 sentyabr, AZƏRTAC
Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Ticarət Evi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab və digər yerli məhsulların satışını təmin etmək üçün Ukraynanın müvafiq qurumlarından sertifikat və lisenziya alıb. Bu barədə AZƏRTAC-a Ukraynadakı Azərbaycan Ticarət Evinin həmtəsisçisi Daşqın Əhmədov məlumat verib.
Onun sözlərinə görə, artıq Azərbaycan məhsulları Ukraynanın ən böyük market şəbəkələrində satışa çıxarılıb: “Ukraynada Azərbaycan məhsullarına maraq artıb. Azərbaycan iş adamları öz məhsullarını rahat şəkildə Ukrayna bazarlarına çıxara bilərlər”.
D.Əhmədov bildirib ki, Ukraynanın orta və böyük şirkətlərinin menecerləri Azərbaycan Ticarət Evinə gələrək sifarişlər verirlər.
Azərbaycan Ticarət Evi ölkəmizdə istehsal olunan məhsulların ticarət dövriyyəsini artırmaq üçün Ukraynanın böyük vilayət və şəhərlərinin market şəbəkələri ilə müqavilə imzalayıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Biznes 2018-09-20 13:37:00