×
A
A
A
Sazlamalar

Tatarıstan Respublikası sahibkarlarının nümayəndə heyəti Bakıda səfərdədir

Bakı, 14 sentyabr, AZƏRTAC

Tatarıstandan olan gənc sahibkarların daxil olduğu nümayəndə heyəti sentyabrın 12-dən Bakıda səfərdədir. Sentyabrın 15-dək davam edəcək səfər Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyinin, Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil edilib.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlar arasında təcrübə mübadiləsi məqsədilə Tatarıstan və Azərbaycan şirkətləri və müəssisələri arasında bir sıra görüşlər təşkil edib.

Biznes 2018-09-14 11:35:00