×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Bayram namazında ölkəmiz və xalqımız üçün dualar etdik VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Qurban bayramı ilə əlaqədar qılınan namazda dünyada müharibələrin baş verməməsi, işğal altındakı torpaqlarımızın tezliklə azad olunması, Vətən torpağını qoruyanlar, bu dünyadan köçənlər, bu məsciddə namaz qılanlar üçün dualar etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.
Şeyxülislam bildirib ki, bayram namazında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi andıq. Biz ölkəmiz və xalqımız üçün dualar etdik. İnşallah, Allah dualarımızı qəbul edəcək.
Bu il Həcc ziyarətinə gedən zəvvarlarla bağlı danışan QMİ sədri əlavə edib ki, onların heç bir çətinliyi yoxdur, müqəddəs məkanda ibadətlərini edirlər. Hacılarımızın ziyarətdən sağ-salamat qayıtmalarını arzulayıram.

Din 2018-08-22 11:27:00

Video